İngiltərədə futbol oyunları zamanı iftar fasiləsi olacaq
İngiltərə Premyer Liqasında və kubok yarışlarında Mübarək Ramazan ayı ərzində oyunlarda kiçik fasilələrin olacağı nəzərdə tutulub.
“İNFONESW” – un əldə etdiyi məlumatına görə, müsəlman oyunçuların oruclarını aça bilməsi üçün iftar vaxtına düşən matçlar qısa müddətlik dayandırılacaq.
Qeyd edək ki, Ramazan ayının ilk günü martın 23-ü olacaq.