Biznes hekayələri – Hiyləgər tacirin ölü uzunqulağı satması
“İNFONEWS” keçmişlərdən gəlib, günümüzdə də aktuallığını saxlayan biznes hekayələrindən növbətisini təqdim edir.
Bir tacir yaşlı kəndlidən uzunqulaq alır. Ertəsi gün danışdıqları kimi kəndli ilə görüşüb, uzunqulağı götürməyə gələndə kəndlini tək görüb təəccüblənir.
– Bəs uzunqulaq hanı?
– Bağışlayın, uzunqulaq öldü.
– O zaman pulumu qaytarın.
– Pulu artıq xərcləmişəm, qaytara bilmirəm.
– Yaxşı, ta neyləyək, uzunqulağın ölüsünü də olsa, gətirin.
– Onu neyləyəcəksiniz ki?
– Bir şey fikirləşib, uzunqulağı satmağa çalışacam.
– Necə? Axı eşşək ölüdür…
Bir neçə gündən sonra kəndli tacirlə rastlaşır.
– Neyləyədiniz? Pulunuzu qaytara bildinizmi?
– Əlbəttə. Pulumu qaytardım, hələ əlavə qazancım da oldu.
– Necə?
– Uzunqulağı lotoreyada oyuna qoydum, amma onun hansı vəziyyətdə olduğunu demədim. 1 dollardan 500 nəfərə uduşlu lotoreya bileti satdım. Nəticədə 500 dollarım oldu.
– Bəs heç kim narazılıq eləmədi?
– Ancaq bir nəfər. O da lotoreyada uzunqulağı udan oğlan idi. Lotoreya oynanılan zaman uzunqulağın öldüyünü eşidib əvvəlcə məyus oldu, sonra çıxardıb ona aldığı lotoreya biletinin pulunu qaytaranda sevindi.