Stilist: “Hər kəs dükan açır, lakin işin öhdəsindən gələ bilmir”

Stilist: “Hər kəs dükan açır, lakin işin öhdəsindən gələ bilmir” 

Rusiyalı stilist Qoşa Kartsev, xarici dükanlar çıxdıqdan sonra rus markalarının taleyinin nəcə olacağı barədə danışıb.

“İNFONEWS” xəbər verir ki, o, bu barədə “Собака.ru” -ya müsahibəsində söyləyib.

Qoşa Kartsev müsahibəsində Rusiya bazarındakı vəziyyətlə bağlı fikirlərini bildirib. Kartsevə görə, Rusiyadan xarici butiklər getdikdən sonra bir çox yeni yerli markalar ortaya çıxıb ki, onların inkişaf perspektivləri görsənmir.

“Yerli brendlərə olan bütün sevgimə rəğmən, idxal məsələləri hələ də alınmır. Orijinal və ya konseptual bir şey ortaya qoymağa isə hələ qorxurlar”, – deyə, dəb eksperti əlavə edib.

O, həmçinin “hər kəs dükan açır, lakin işin öhdəsindən gələ bilmirlər” – deyib.

“Hər yerdə tamamilə eyni şeylər satılır: paltolar, kostyumlar, əsasən də təməl  (baza) geyimlər. Hamı eyni çəkilişlər və eyni TikToklar edir. Eyni zamanda, keyfiyyətli ağ köynəyi Uniqlo və ya H & M qiymətinə almaq real deyil. Bu, “12 Storeez”-də 5600 rubladır. Mən, sadəcə, heyrətlənirəm”- Kartsev deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir