Çikaqoda yeni taksi “UÇAN TAKSİ” xidmətinə START VERİLƏCƏK
“United Airlines” və “Archer Aviation”ın birgə əməkdaşlığı çərçivəsində 2025-ci ildə Çikaqoda uçan taksi xidməti fəaliyyət göstərəcək.
“İNFONEWS” Fox News-a istinadən xəbər verir ki, iki şirkət elektriklə işləyən təyyarə ilə şəhərdə ilk hava taksi marşrutunu işə salmağı planlaşdırdıqlarını açıqlayıb.
Sərnişinlər pik saatlarda trafikdə qalmadan “Archer’s Midnight” təyyarəsi ilə şəhərin mərkəzindən hava limanına təxminən 10 dəqiqəyə gedə biləcəklər.
Qeyd edək ki, “United Airlines” keçən il 1 milyard dollarlıq müqaviləyə imza ataraq, 200-ə qədər “Archer” uçan taksisi almağa razılıq verib.
“Archer’s Midnight” təyyarəsi eyni anda dörd müştəri daşıya biləcək.