Ceyhun Bayramov Çavuşoğlu ilə son durumu müzakirə etdi
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“İNFONEWS” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər regiondakı son durumu müzakirə ediblər.