Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb
Türkmənistanda 7-ci çağırış Milli Məclisə (parlament), həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarına seçkilərdə səsvermə prosesi başlayıb.
“İNFONEWS” xəbər verir ki, səsvermə yerli vaxtla saat 19:00-a kimi davam edəcək.
Türkmənistanda keçirilən parlament seçkilərində Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası və vətəndaşların təşəbbüs qrupları iştirak edir. Ümumilikdə ölkə vətəndaşları Milli Məclisə 125 deputat seçəcəklər. Qeydə alınmış namizədlərin sayı isə 258 nəfərdir.