Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

“İNFONEWS” xəbər verir.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 27-də 56,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 56,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 55,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir