Sabahdan Bolqarıstanda əcnəbi turistlərlə bağlı qaydalar dəyişəcək
“İNFONEWS” xəbər verir.
Yanvarın 29-dan etibarən Bolqarıstan əcnəbi səyyahlardan COVID-19 üçün PZR testinin mənfi cavabı olan arayış tələb edəcək.
Bu barədə “atorus.ru” xəbər yayıb.
Analiz səyahətdən 72 saat əvvəl edilməlidir. Tələb 2021-ci ilin aprelin 30-dək etibarlıdır. Müvafiq sənədi təqdim etməyən Bolqarıstan vətəndaşları və yaşayış icazəsi olanlar on gün ərzində karantinə alınacaqlar. Tranzit sərnişinlərdən, beynəlxalq avtobus və yük maşını sürücülərindən, gəmi və təyyarə heyətindən arayış istənilməyəcək.