Tanzaniya prezidenti: “Ağdərililər peyvənd tapa bilsəydi, indiyədək QİÇS-ə tapardılar”
“İNFONEWS” xəbər verir.
Tanzaniya prezidenti Con Maqufuli bildirib ki, kütləvi vaksinasiyaya başlamaq üçün hər hansı bir qərar ciddi düşünülmədən qəbul edilə bilməz.
Bu barədə “The Citizen” qəzeti xəbər yayır.
Maqufuli ölkəsində COVID-19 epidemiyası olmadığını deyib.
“Peyvəndlər təhlükəlidir. Ağdərililər peyvənd tapa bilsəydilər, indiyədək QİÇS-ə (Qazanılmış İmmun Çatışmamazlığı Sindromu – red.), vərəmə, malyariyaya peyvəndi tapardılar”, – deyə o bildirib.
COVID-19-a dair məlumatları ictimaiyyətlə paylaşmayan Tanzaniya Madaqaskarın koronavirusa qarşı hazırladığı bitki mənşəli dərmanı alan ilk ölkələrdən biri olub.