Daşkəsəndə karantini pozan yeməkxana aşkarlanıb
“İNFONEWS” xəbər verir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində Şahbaz Hüseynova məxsus yeməkxananın gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.
Obyekt sahibi və müştəriləri Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə göndərilib.