Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində piyadalar üçün təhlükəsizlik tədbirləri görülüb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
Agentlikdənbildirilib ki, nəticədə növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib, ətrafda 2 tam orta məktəbin, 1 uşaq bağçasının yerləşməsi nəzərə alınaraq bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.