Millət vəkili Fazil Mustafanın səhhəti ilə bağlı ən son MƏLUMAT
“Fazil müəllim özünü yaxşı hiss edir. Hər gün əlaqəmiz var. Hazırda müalicəsi davam etdirilir”.
“İNFONEWS” xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Fazil Mustafanın köməkçisi Əjdər Əliyev söyləyib.
“Müalicə bir neçə gün davam edəcək. Sağlamlığına qovuşduqdan sonra evə buraxılacaq”, – deyə millət vəkilinin köməkçisi bildirib.
Xatırladaq ki, ötən gün Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər saxlanılıb.