“Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsinə yekun vurulub
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsinə yekun vurulub.
“İNFONEWS” – a “İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən verilən məlumatına görə, layihə çərçivəsində iştirakçı gənclər 1 ay müddətində “Python” proqramlaşdırma dili üzrə fundamental biliklərə yiyələnərək bu sahədə praktiki təcrübə əldə ediblər. Təlim kursunun sonunda keçirilmiş yekun imtahandan uğurlu nəticə göstərmiş iştirakçılar xüsusi nümunəli şəhadətnamə ilə, digər iştirakçılar isə şəhadətnamələrlə təltif ediliblər.
Həmçinin qeyd olunub ki, “Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsinin əsas məqsədi gənclərin proqramlaşdırma sahəsinə marağı artırmaq, habelə informasiya texnologiyaları istiqamətində bilik və bacarıqlarını təkmilləşdirməkdir. Layihənin növbəti mərhələlərində gənclərin öyrəndiyi biliklərin multiplayer formatında digər gənclərlə də bölüşülməsi nəzərdə tutulur. Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.