Xaçaturyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır”
“Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və sülh müqaviləsi imzalanmasında maraqlıdır”.
İNFONEWS “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Ermənistan hökumətinin bir məqsədi var – regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq”, – Xaçaturyan bildirib.
Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına sadiqdir.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır