İbtidai sinif müəllimlərinin I forumu

İbtidai sinif müəllimlərinin I forumu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə İbtidai sinif müəllimlərinin I forumunu təşkil edir.

İNFONEWS xəbər verir ki,forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

15 aprel 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək olan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, riyaziyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır.

Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır.

Onu da bildirmək istərdik ki, qeydiyyat linkindən ilk qeydiyyatdan keçmiş 300-350 müəllimə öncəlik veriləcəkdir və forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Qeyd: Forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.

Qeydiyyatdan son keçmə tarixi: 9 aprel 15:00

Qeydiyyat linki: https://ref.az/2g2pZ4h

#AGMA #GəncMüəllim #Sevgiiləöyrət

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir