Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi sabah keçiriləcək

Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi sabah keçiriləcək

Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi aprelin 4-də keçiriləcək.

İNFONEWS xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç təsdiqləyib.

Serbiya lideri vurğulayıb ki, Brüsseldə baş tutacaq danışıqlar çətin keçəcək:

“Brüsseldə Belqrad və Priştina arasında texniki səviyyədə danışıqların yeni mərhələsi keçiriləcək. Bəli. Çətin olacaq. Kosovalıların həqiqətən də nəsə etməyi planlaşdırdığını düşünmürəm”.

Onun sözlərinə görə, əsas olan odur ki, onlar Kosovodakı albanlarla münasibətləri normallaşdıra biləcəklər, ya yox.

“Hazırda isə bu, real görünmür. Onlar hər gün yeni münaqişələr yaradır, xalqımızı münaqişəyə təhrik edir və şimal istiqamətində saysız hücumlar həyata keçirir”, – Vuçiç əlavə edib.

Serbiya lideri dialoqa sadiq qalacaqlarını vurğulayıb.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir