Bu gün bəzi rayonlarda qaz fasilələrlə veriləcəkdir

Bu gün bəzi rayonlarda qaz fasilələrlə veriləcəkdir

Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq.

“İNFONEWS” – un “Azəriqaz” İstehsalat Birliyindən əldə etdiyi məlumatına görə, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” Magistral Qaz Kəmərinin daxili səthinin təmizlənməsi ilə bağlı, aprelin 4-də, saat 09:00-dan işlər başa çatanadək “Altıağac 1-ci xətt”, “Cənnət Bağı”, “Hacılı əhali” və “Xilmilli kəndi” ölçü qovşaqlarından, həmçinin saat 12:00-dan işlər başa çatanadək “Şamaxı”, “Mədrəsə” və “Çuxuryurd” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şamaxı rayonu tam olaraq, Xızı və Qobustan rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir