NATO Belarusa xəbərdarlıq edib
“Rusiya Belarus vasitəsilə Ukraynaya zərbələr endirir”.
İNFONEWS xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
O, Belarusun Rusiya üçün platformaya çevrildiyini bildirib. NATO Baş katibi Belarusu bu müharibədə iştirak etməməyə çağırıb.
Stoltenberq həmçinin söyləyib ki, NATO-nun Ukraynaya dəstəyi davam edəcək.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır