Azərbaycan XİN Malayziyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı diplomatik münasibətlərin qurulmasının 30 illik ildönümü münasibətilə təbrik edib.
İNFONEWS xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.
“Bu gün Azərbaycan və Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Malayziya hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycanla Malayziya arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, – paylaşımda bildirilib.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır