İlham Əliyev Tacikistan Prezidentini Azərbaycana səfərə dəvət edib

İlham Əliyev Tacikistan Prezidentini Azərbaycana səfərə dəvət edib

“Mən əziz dostum, qardaşım Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim”.

İNFONEWS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında deyib.

“Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Sağ olun”, – deyə dövlət başçısı bildirib.

Prezident Emoməli Rəhmon isə öz növbəsində təşəkkür edib: “Sağ olun, İlham Heydər oğlu. Məni Azərbaycan Respublikasına səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. İlk münasib imkan yaranan kimi Sizin lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm”.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir