Rusiya Ombudsmanı BMT-də çıxışı zamanı diplomatlar salonu tərk edəcəklər
ABŞ Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın aprelin 5-nə təyin edilmiş BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxışına mane olacaq.
Bu barədə İNFONEWS “Amerikanın səsi”nə istinadən xəbər verir.
“Nə mən, nə də digər səfirlərimiz kresloda əyləşməyəcəyik, bizim yerimizdə ekspert oturacaq, ona məruzəçi çıxış edəndə zalı tərk etmək tapşırılıb”, – ABŞ səfiri Linda Tomas-Qrinfild deyib.
O qeyd edib ki, bu gün BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr hərbi cinayətlərdə ittiham olunan və uşaqların evlərindən Rusiyaya deportasiyasında əli olan spikerə qarşı çıxmalıdır.
“Biz bunun qəti əleyhinəyik, ona görə də BMT-nin iclasının yayımının qarşısını almaqda Böyük Britaniyaya qoşuluruq. Çünki, bu ona dezinformasiya və Ukraynada törətdiyi dəhşətli hərəkətlərinə haqq qazandırmaq cəhdləri üçün beynəlxalq platforma yaradacaq”.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır