“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: KAİNAT – Mirlazım DADAŞOV
“İNFONEWS” gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.
KAİNAT
Sən mənim fərqli kainatım,
Sənin varlığınla mən nəfəs aldım.
Bütün hər şeyimi heçnəyə satdım,
Səndə yaşamağa bir bilet aldım.
Bəlkə də, heç şansım yox mənim,
Bəlkə də, layiq deyil sənə sevgim,
Sənə doğru uzanıb əllərim,
Səndən başqa inan yoxdur heç kəsim.
Sən mənim fərqli kainatım,
Sənə çatmağa sərhədlər aşdım.
Səni ömürlük qəlbimə yazdım,
Hər zaman, hər yerdə səndədir ağlım.
Bəlkə də sənsiz hicrana dözərəm,
Bəlkə də bir anda ölə bilərəm,
Sənə durmadan sevgimi söylərəm,
Bu kainatı sənə görə sevirəm.
Sən mənim sonsuz kainatım,
Gündüzlər Günəş, gecələri Ay camallım.
Sus, bu gecə qoy, hisslər danışsın,
Ümidlər sevgidən nur saçsın.
İndi söylə sevgini gizlətmə sən də,
Burda sən və mən varıq inan ki, təkcə,
Zaman gözləmir bizi sən gözləsən də,
Sən yaratdın bu kainatı, qonağı mənəm.
Mirlazım DADAŞOV