“Taliban” qadınların BMT-də işləməsini qadağan edib

“Taliban” qadınların BMT-də işləməsini qadağan edib

“Taliban” qadınların BMT-nin missiyasında işləməsini qadağan edib.

İNFONEWS xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov deyib.

BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanın de-fakto hakimiyyətinin bu qərarını qəti şəkilə pisləyib və bunun BMT missiyasının fəaliyyətinə birbaşa təsir edəcəyini bildirib:

“Əfqanistanda görünməmiş böhran yaşanır və bu böhran əsasən ən həssas qrup olan qadınlar ətrafında cəmlənib. Son 18 ayda baş verənləri hamımız gördük, çünki “Taliban” faktiki olaraq qadınları hədəf alıb. Bu qərarlar insan hüquqlarının, humanitar prinsiplərin və beynəlxalq qaydaların pozulmasıdır. BMT-nin qurumları qadın işçilər olmadan humanitar yardım göstərə bilməz. Təşkilat bu mürəkkəb dövrdə əfqan qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində səylə çalışır. Ümid edirik ki, yaxın gələcəkdə nəticə əldə olunacaq”.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir