“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: KÖNÜL BAĞI- Nihad İSKƏNDƏRLİ

“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: KÖNÜL BAĞI- Nihad İSKƏNDƏRLİ

“İNFONEWS” gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.

 

KÖNÜL BAĞI

Bir gülü dərmişdim könül bağından,
Gözümün önündə saraldı, getdi.
Allah pay vermişdi bir ömür mənə,
Ömrümü əlimdən yar aldı, getdi.

Bu sevgi yalanın bəyazdır, bəyaz.
Yalan olduğuna heç kəs inanmaz .
Çoxdan çox alarlar, azdan isə az,
O yar hələ məndən az aldı, getdi .

Mən ki, balacayam, dünya nəhəngdir.
Mən ona şikaram, dünya pələngdir.
Hərənin həyatı ayrı bir rəngdir,
Mənim də həyatım qaraldı getdi.

Nihat İSKƏNDƏRLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir