Bibiheybət Məscidində 1-ci Qədr gecəsi keçirilib

Bibiheybət Məscidində 1-ci Qədr gecəsi keçirilib .

“İNFONEWS” xəbər verir ki, aprel ayının 10-da – İlk Qədr gecəsində Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayevin imaməti ilə Bibiheybət Məscidində 1-ci Qədr gecəsi keçirilib.

Gecə ərzində zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara Qədr fəzilətləri, əməlləri haqqında ətraflı, geniş məlumat verilib. Qədr gecəsinin vacib əməlləri icra olunub, Quran oxunub, ibadətlər edilib, xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman müzəffər olması üçün dualar edilib. Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub. Qazilərimizin və şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması üçün dualar edilib. 

Gecə ərzində edilən ibadətlər zəvvarlar tərəfindən böyük maraqla icra edilib.

Gecənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir