“Azərbaycan Uşaqları” İctimai Birliyi yeni layihəyə başlayıb .
“Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 mart 2023-cü il tarixdən “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinə başlayıb.
Bu barədə “İNFONEWS”-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin Mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
Bildirilib ki, layihə “Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunur.Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır:
- “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
- “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
- “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi
- “Vətəndaş” Tədqiqat və İnkişaf” İctimai Birliyi
- “Azərbaycan Uşaqları” İctimai Birliyi
Neftçala rayonunda 04 aprel 2023-cü il tarixindən 3 günlük 25 nəfərdən ibarət təlimlər başa çatıb.
Təlim iştirakçıları 3 gün ərzində Azərbaycan Konstitusiyası, Beynəlxalq Konvensiyaların ratifikasiyası, stereotiplər, cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi,Məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər,insan alveri haqqında qanun, insan alverinin formaları,cavab mexanizmləri və digər mövzuları öyrənib, diskussiyalar apararaq, eləcə də simulyativ oyunların qrup işlərinin aktiv iştirakçısı olub. Təlim zamanı iştirakçılar AUİB-nin “Zorakılıq” filmini izləyərək,filmin müzakirəsini edib.
Təlimdə Neftçala rayonun (Həsənabad qəsəbəsi, Bankə qəsəbəsindən ictimai fəallar,müəllim,psixoloq,uşaq birliyi rəhbərləri, bələdiyyə , icra nümayəndəliklərinin əməkdaşları, Salyan rayonu- Babazanlı, Stansiya yaşayış Massivi fəalları ) müəllim, psixoloq, bələdiyyə üzvləri, eləcə də Neftçala rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən komissiyanın psixoloqu iştirak edib.
3 günlük təlimin yekununda iştirakçılar sertifikatlarla təltif olunub.