Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru naməlum ballistik raket atıb.

İNFONEWS-un məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Qeyd olunub ki, bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib. Şimali Koreya bundan əvvəl martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.

Raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir