Türkiyə və Bolqarıstan Azərbaycandan təbii qaz nəqlinin həcmini artıran sazişlər imzalayacaq
Türkiyə və Bolqarıstan aprelin sonunda Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır.
İNFONEWS Bolqarıstan Milli Televiziyasına istinadən xəbər verir ki, bunu bu ölkənin energetika naziri Rosen Xristov deyib.
Xristov əlavə edib ki, gələn il ölkəsi Azərbaycan təbii qazını isə Bolqarıstan-Yunanıstan sistemlərarası qaz kəməri vasitəsilə qəbul edə biləcək.
Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu ildə 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə tədarük olunur.
Qeyd edək ki, Türkiyə Bolqarıstanla 13 illik enerji müqaviləsi çərçivəsində bu ölkəyə ilk təbii qaz partiyasını həyata keçirib.
Xatırladaq ki, bu il yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında saziş imzalanıb və bu sazişə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyədən ildə təxminən 1,5 milyard kubmetr qaz alacaq.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır