“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”- KONFRANS

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”- KONFRANS

Mingəçevirdə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib

“İNFONESWS” xəbər verir ki, 2023-cü il aprelin 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransdan əvvəl, iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə edib və Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Konfrans Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransın açılışında çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki fəaliyyətindən ətraflı bəhs edib, Azərbaycanın aqrar dövlətdən yüksək sürətlə inkişaf edən, intibah dövrü keçirən bir ölkəyə çevirməsini konkret faktlarla şərh edib.

Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra məruzələr dinlənilib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli “Ulu Öndər-Milli Müstəqillik uğrunda mübarizənin həqiqi carçısı” mövzusunda, Azərbaycan Mili Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Azərbaycanda elmin və alimin ən böyük himayədarı” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli lider və Azərbaycanın milli iqtisadi inkişaf strategiyası” mövzusunda, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin milli təhsilimizin inkişafında misilsiz xidmətləri” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlarda Ulu Öndərin milli müstəqillik uğrunda mübarizənin həqiqi çarçısı, elmin və alimin ən böyük dostu olduğu qeyd olunub, Heydər Əliyevin hərtərəfli inkişaf strategiyasının misilsiz töhfələrindən bəhs olunub.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Mingəçevirdə müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir