İş yerini dəyişən müəllimlərin vakansiya seçiminə START VERİLİB
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.
“İNFONEWS” – un Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumatına görə, ilkin vakansiya seçimi mərhələsində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak edəcəklər. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə aprelin 25-i saat 11:00-dək davam edəcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.