Bayram günlərində FHN gücləndirilmiş iş rejimində çalışacaq
Fövqəladə Hallar Nazirliyi (FHN) Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
“İNFONEWS” – un FHN-in Mətbuat Xidmətindən əldə etdiyi məlumatına görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.