“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: DİLƏK ŞANSIMIZ – RƏVAN ƏLİYEV

“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: DİLƏK ŞANSIMIZ – RƏVAN ƏLİYEV

“İNFONEWS” gənc yazarların yaradıcılığını BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.

DİLƏK ŞANSIMIZ

Güllər sənə qurbandı, gülüm, gül ki gülüm mən
Bir adi təbəssüm mənə bəsdir ki, ölüm mən.

Zalım, çəkilib nazu- ədadan mənə bax bir,
Bezdim nədi dərdin sənin artıq de bilim mən.

Göz yaşını qurban elədin özgə biri üçün,
Əğyarə hədər yaşı heç insafmı silim mən?

Aşiqlərə baldan da şirindir yar əzabı,
Olsan da cəhənnəmdə, cəsarətlə gəlim mən.

Canan əgər etmirsə mənim kəlməmi təsdiq,
Mənasız olan səmtə de nə üçün yönəlim mən?

Olsam mən əgər xəstə, yataqlarda sürünsəm,
Yarın gözü görsün məni, bəsdir düzəlim mən.

Dünya dağılan vaxtı dilək şansımız olsa,
Yəqin diləyərdim qalım, Allah, gözəlim, mən!

Rəvan Əliyev 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir