“Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması erməni yalanlarının ifşa edilməsi deməkdir”
Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması erməni yalanlarının ifşa edilməsi deməkdir.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda söyləyib.
İcma sədri qeyd edib ki, ermənilərin etnik mənşəyi yoxdur. Bu mənşəyi heç erməni tarixçiləri özləri də tapa bilmirlər, tapmayacaqlar da. Çünki ermənilər Assuriyanın və Urartunun Hayasa və Arme kimi qul koloniyalarında ixtisaslaşdırılaraq bazara çıxarılan və dünyanın hər tərəfindən gələn tacirlərə satılan qullardır. Ermənilərin sənətkar xalq olmalarının da, dünyaya səpələnmələrinin də əsas səbəbi budur. Ermənilərin bütün etnik yaramazlıqlarının səbəbi isə onların qul mənşəyindən, qul psixologiyasından irəli gəlir. Ermənilər zəncirindən azad olmuş qullardır və qulun zəncirindən azad olduqdan sonra hamıdan və hər kəsdən qisas almağa çalışması normaldır.