DOĞUM GÜNÜNÜZÜ TƏBRİK EDİRİK!
Bu gün, hər kəsin sevimlisi ən əsası da, gənclərin dostu, dəstəkçisi və hər zaman gənclərin yanında olan çox hörmətli və dəyərli Millət Vəkili
JALƏ xanım ƏHMƏDOVAnın
doğum günüdür.
Bu münasibətlə gənc dostları Jalə xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı,
xoş günlər, iş və şəxsi həyatında uğurlar arzulayır!
“İNFONEWS” təbrikləri təqdim edir:
NİLUFƏR CƏFƏROVA
Bu dönəmin insanlığa, bəşəriyyətə və ən əsası canımız Azərbaycanımıza göndərdiyi möhtəşəm insan, Jalə xanım Əhmədova hər zaman var olasınız! Allah hər şeyi ömür sürdüyünüz zamanda o, gözəl ürəyinizcə etsin, doğum gününüz mübarək olsun!
PƏRİ ƏLİYEVA
Yüzlərlə, hətta minlərlə insanı varlığı ilə sevindirən gözəl qəlbli millət vəkilimiz Jalə xanım Əhmədova, Sizə yeni yaşınızda arzum budur ki, hər zaman səmimi sözləriniz və səmimi gülüşünüzlə qəlbləri isidəsiniz. Yaxşı ki, varsınız!
ORUCƏLİ HÜSEYNOV
Gənclərin daimi dəstəkçisi, ən səmimi dostu hörmətli Jalə xanım, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu yeni yaşınızda ümidləriniz ulduzlar qədər çox, ömrünüz günəş qədər parlaq, qəlbiniz qar kimi pak və təmiz olsun. Ad gününüz mübarək olsun!
LALƏ ŞİRİNZADƏ
Canı canından, qanı qanından olan xalqının, millətinin deputatı, Sizə xoşbəxt ömür arzu etmirəm, elə ömür arzu edirəm ki, xoşbəxt ömür belə baxıb Sizə həsəd aparsın.
ARZU MƏMMƏDOVA
Yeni yaşınız Sizə düşərli olsun. Xoşbəxt günlər tez keçir. Bu günün dincliyi və sevinci həyatınızda gözəl bir xatirə olaraq qalsın. Yaşadığınız hər gün bir-birini qısqansın. Mənim üçün hər zaman xüsusi bir insansınız. Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
TOFİQ MƏMMƏDKƏRİMOV
Doğum gününüz mübarək, hörmətli Jalə xanım. Dövlətimizə şərəfli xidmət yolunda və fəaliyyətinizdə Sizə bol uğur, müvəffəqiyyətlər və möhkəm can sağlığı arzu edirəm.
JALƏ HEYDƏROVA
Dəyərli və sevimli Jalə xanım,
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə Uca Allahdan möhkəm can sağlığı və gələcək fəalliyyətinizdə uğurlar arzu edirəm.
GÜNAY ƏBDÜRRƏHMANLI
Hörmətli Jalə xanım, Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Müsbət auranız hər zaman sizinlə olsun. Arzum budur ki, yeni yaşınız Sizin güclü olmağınızı sınağa çəkməsin. Sizi çox istəyirik və hər zaman Sizin yanınızdayıq.
PÜNHANƏ FƏRZƏLİYEVA
Dəyərli Jalə xanım, ad gününüz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı və uzun ömür arzu edirəm. Hər zaman özəl və gözəl qalasınız. Sizə həyatınızda hər zaman uğurlar arzu edirəm. Yaxşı ki, varsınız və yaxşı ki, Sizi tanımışıq.
GÜNAY MƏMMƏDOVA
Dəyərli, mənim üçün müqəddəs olan bir ana, cəsarətli, idealist, zərif, xanım xatun qadın, millət vəkilimiz Jalə xanim Əhmədova, Sizi ad gününüz münasibətilə təbrik edirəm. Yaxşı ki, varsınız, yaxşı ki, bizimləsiniz. Hər zaman gülümsəyin və xoşbəxt olun. Allah ailənizi qorusun və həmişə ailənizin üstündə olsun. Sizi çox sevən və qəlbində Sizin kimi insana yer edən gənc dostunuz.
#MillətVəkiliJaləƏhmədovanınGəncDostları
#JaləƏhmədovadoğumgünü