Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb
Cari il aprelin 21-də Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.
İNFONEWS xəbər verir ki,bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb”, – məlumatda bildirilib.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır