“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: VƏFASI YOXDUR – Nihad İSKƏNDƏRLİ
“İNFONEWS” gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.
VƏFASI YOXDUR
Mən səni sevdiyim o gündən bəri,
Unutdum həyatda dərdi, kədəri.
Gedərkən bağlandı bu eşq dəftəri,
Daha gəlməyinin mənası yoxdur.
Bu dünya fanidir, vəfası yoxdur.
Gözümdən hicranın yaşı tökülür,
Məzarım başında kimsə hönkürür,
Sevgi öldürən də səssiz öldürür,
Duyulmur uzaqdan, sədası yoxdur.
Bu dünya fanidir, vəfası yoxdur.
Səni unutmağa küçə bilmədim,
Yar keçən küçədən keçə bilmədim,
Mən səni məcnuntək sevə bilmədim.
Çün sən də Leylinin ədası yoxdur.
Bu dünya fanidir, vəfası yoxdur .
Neyləyək bəxtimiz gətirib qarə,
Dərin olur yarın vurduğu yarə,
Axtarma loğmanda dərdinə çarə,
Eşq elə dərddir ki, dəvası yoxdur.
Bu dünya fanidir, vəfası yoxdur
Nihat İSKƏNDƏRLİ