“Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirildi

“Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirilib.

“İNFONEWS” -un Peşəkar Futbol Liqasından əldə etdiyi məlumatına görə, buna səbəb həmin gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsidir.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 30-da saat 19:00-da deyil, mayın 2-də saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir