Türkiyə XİN Ermənistana xəbərdarlıq edib

Türkiyə XİN Ermənistana xəbərdarlıq edib

“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi rəhbərlərinə, o zamankı Azərbaycan rəsmilərinə və hətta erməni əsilli bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik”.

İNFONEWS xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktını tərənnüm edir. Erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm, davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, – deyə XİN-dən bildirilib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir