Nazirin Qobustanda vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbulunun vaxtı dəyişdirilib.
“İNFONEWS” – un Nazirlikdən əldə etdiyi məlumatına görə, qəbulun cari ilin may ayında keçirilməsi planlaşdırılır. Tarix barədə əlavə məlumat veriləcək.