İnklüziv təhsillə bağlı diaqnostik qiymətləndirmə aparılır

İnklüziv təhsillə bağlı diaqnostik qiymətləndirmə aparılır

Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində korreksiyaedici pedaqoqlar arasında diaqnostik qiymətləndirmə aparır.

“İNFONEWS” – un Təhsil İnstitutundan əldə etdiyi məlumatına görə, qiymətləndirmənin məqsədi layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və bütün şagirdlərin akademik və sosial uğuruna töhfə verərək inklüziv təhsilin keyfiyyətinə birbaşa təsir edən korreksiyaedici pedaqoqların sahə üzrə biliklərini dəyərləndirməkdir.

Qiymətləndirmə nəticəsində müəyyən ediləcək ehtiyaclara uyğun olaraq təlim proqramının hazırlanması və həmin proqram əsasında təlimlərin təşkili planlaşdırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir