“Tripadvisor” Bakını Dünya Turizm İstiqamətləri siyahısına daxil edib
Dünyanın ən nüfuzlu turizm platforması “Tripadvisor” Azərbaycanın paytaxtı Bakı şəhərini Dünya Turizm İstiqamətləri siyahısına daxil edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə “TurizmNews” yayımlayıb.
Məlimatda deyilir ki, “Tripadvisor” saytının istifadəçilərinin 2022 – ci il ərzindəki axtarış və maraqları əsasında tərtib edilmiş siyahıda dünyanın 25 müxtəlif ölkəsinin şəhərləri arasında turistlərin sevimli ünvanı kimi Azərbaycan 8 -ci yerdə məskunlaşıb.
Belə ki, dünyanın ən böyük turizm platforması olan “Tripadvisor” hər ay 463 milyon səyahətçiyə həyatlarının ən yaxşı səyahətini gerçəkləşdirilməsinə köməklik göstərir.
Səyahət sevənlər “Tripadvisor” saytı və tətbiqi vasitəsilə 859 milyondan çox otel, restoran, təcrübə, hava yolu və kruiz haqqında 8,6 milyondan çox rəy və sorğularla yaxından tanış ola bilirlər.
Son illərdə turizm sektorunun atdığı addımlar sayəsində turistlərin böyük diqqətinə səbəb olan Azərbaycanın paytaxtı Bakı bu il “Tripadvisor”un dünyanın ən populyar istiqamətləri siyahısında öz yerini tutub.
Florida, Meksika, İndoneziya, lasvegas, Bora Bora, London, Maldiv adaları, İtaliya, Sinpapur, Yunanıstan, Yamayka, Paris kimi populyar istiqamətlər siyahısında Azərbaycanın 8-ci yerdə bərqərar olması çox sevindirici haldır.
Saytın rəylərinə görə, turizmə yatırımları ilə diqqəti cəlb edən Azərbaycanda turistlər dünya səviyyəli otel, restoran və ticarət mərkəzlərində rahat istirahət edə bilərlər.