SOCAR “Qalatasaray” klubunun sponsoru ola bilər: müqavilə həcmi 80-100 milyon avro dəyərindədir

 

 

İNFONEWS” Türkiyənin “Sözcü” qəzetinə istinadən bildirir ki, klub və şirkət sponsorluq haqqında müqavilənin imzalanmasına yaxındırlar.

Məlumat görə, neft şirkəti dörd mövsüm ərzində kluba 80-100 milyon avro sponsorluq haqqı ödəyəcəyək. Lakin bu məbləğ daha çox ola bilər.

Belə ki, ilk növbədə klubun stadionu SOCAR adını daşıyacaq. Bundan başqa hazırkı sponsor “Sixt” ilə razılaşma mümkün olarsa, Azərbaycan neft şirkəti həmçinin oyunçuların formasının üzərində də göstəriləcək. Sonuncu halda ödəniləcək sponsorluq haqqı artacaq.

Deyilənə görə, razılaşmaya əsasən SOCAR eyni zamanda kluba bir ulduz futbolçunun transferini maliyyələşdirməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir