Bibiheybət Ziyarətgahında cümə xütbəsi oxunub 28.04.2023

Bibiheybət Ziyarətgahında cümə xütbəsi oxunub 28.04.2023 .

“İNFONEWS” xəbər verir ki, aprel ayının 28-də  Bibiheybət Məscidinin İmamı, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Mir Rahib Babayev tərəfindən oxunulan cümə xütbəsi Allahla ticarət barədə olub.

Xütbə zamanı zəvvarlarla nəsihətamiz söhbətlər edilib, onlara İslam dininin gözəllikləri barədə ətraflı məlumat verilib. Xalqımızın və doğma Azərbaycanımızın salamatçılığı, yaxşı güzəranı, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması, ölkəmizin hər zaman müzəffər və qalib olması üçün, qazilərimizin, bütün şəfaya ehtiyacı olan şəxslərin şəfa tapması, müşkülü olanların hacətlərinə çatmaları üçün dualar edilib. Xütbə zamanı həmçinin Şəhidlərimiz anılıb, ruhlarına dualar oxunub.

Xütbə zəvvarlar tərəfindən böyük maraqla dinlənilib.

Xütbənin videoyazısını təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir