“Beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə ciddi yanaşmalıdırlar” -Umud Mirzəyev
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ikinci böyük faciəni yaşayır. Vətən müharibəsində biz düşmənlərimizlə problemi çözdük. Biz 30 il işğal altında olan ərazilərimizi azad etdik. Baxmayaraq ki, bizim bu problemimizə biganə idilər.
“İNFONEWS” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ikinci böyük faciəni yaşayır. Mina problemi bəşəri problemdir, insanlığın problemidir. Beynəlxalq təşkilatları, supergücləri, insan hüquq təşkilatlarını bu məsələyə biganə qalmamağa çağırırıq. Beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə ciddi yanaşmalıdırlar”, – deyə Umud Mirzəyev diqqətə çatdırıb.