Dövlət başçısı: “Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir”

Dövlət başçısı: “Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir”

“Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir”.

İNFONEWS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.

“Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq”, – söyləyən dövlət başçısı deyib ki, istər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksək rütbəli məmurları Azərbaycanı dəstəkləmişlər.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir