“Riyaziyyatdan 100 faiz nəticə göstərənlərin sayı təxminən 600-dür…” – Məleykə Abbaszadə
Builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib.
“İNFONEWS” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.
Məleykə Abbaszadə deyib:
“Riyaziyyatdan 100 faiz nəticə göstərənlərin sayı təxminən 600-dür. Onlar riyaziyyatdan 100 faiz nəticə göstərirlərsə, ola bilsin, ana dilindən 85 faiz nəticə göstərirlər. Onlar yaxşı, bacarıqlı uşaqlardır. Həmin məzunların nəticələri həm bizim təhsil standartlarına, həm də beynəlxalq standartlara da cavab verir”.