Tokayev Ərdoğanı təbrik edib

Tokayev Ərdoğanı təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də keçirilən prezident seçkilərinin birinci turunda liderliyi münasibətilə təbrik edib.

İNFONEWS xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Prezidenti Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi alyansın uğurunu da qeyd edib”, – məlumatda deyilir.

Qazaxıstan və Türkiyə liderləri iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi prezident olacaq.

İlk turda Türkiyənin hazırkı prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir