Ceyhun Bayramov Josep Borellə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb.
İNFONEWS xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.
Görüşdə Azərbaycan ilə Aİ arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib.
Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır