Xalq yazıçısının yaradıcılıq gecəsi təşkil olunacaq

Xalq yazıçısının yaradıcılıq gecəsi təşkil olunacaq

Mayın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Opera Studiyasının konsert salonunda Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

“İNFONEWS” -un BMA- nin mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.

Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir. Bu gün dünyanın bir çox ölkələrində onun əsərləri böyük tirajla çap edilərək, satılır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir