Azərbaycan Norveçdə keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq
Norveç Krallığının paytaxtı Oslo şəhərində “İqlim Dəyişikliyinə dair Qlobal Kosmik Konfrans-2023” adlı tədbir keçiriləcək. Konfransda “Alov və buz: iqlim fəaliyyəti üçün məkan” mövzusu müzakirə ediləcək.
“İNFONEWS” – un Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən əldə etdiyi məlumatına görə, ölkəmizi bu səfərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil edəcək. Deputat Norveçə mayın 22-də səfər edəcək.
Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Norveç Kosmik Agentliyi ilə birgə keçirilən və kosmos fəaliyyətlərinin gələcəyi, onun qlobal iqlim dəyişikliyinin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.